Layihənin adı .“Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə”

 

Press-reliz 1.

“Ruzgar” Ekoloji İctimai Birliyinin  “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” üzrə Şəki  rayonunda 2025-ci il avqustun  25-də təşkil etdiyi Dəyirmi Masanın

 

                                            PRESS-relizi

Şəki Regional Elmi Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və “Ruzgar” Ekoloji İctimai Birliyi tərəfindən yerinə yetirilən “İqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” layihəsi üzrə Dəyirmi Masa təşkil olunmuşdur. Dəyirmi masada alimlər, yerli icra orqanları, bələdiyyələrin , QHT, fermerlər, pedaqoji kollektivlər və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər

Dəyirmi masada İctimai Birliyin sədri Professor İslam Mustafayev, “Konstitusiya və Suverenlik ili” ilə bağlı məlumat verdi, Konstutusiyanın 39-cu və 78-ci maddələrində vətəndaşların Ətraf mühitin qorunması üzrə hüquq və vəzifələrini sadaladı, Milli Ekoloji qanunvericiliyin inkişafı və bu qanunvericilikdə iqlim dəyişmələrinə, Ekoloji tərbiyəyə və Ekoloji informasiyaya aid müddəalar haqqında məlumatlar verdi. O, İqlim dəyişmələrinin səbəbləri, ayrı-ayrı sektorlardan atılan tullantıların bu prosesdə rolunu  qeyd etdi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Nurməmməd Məmmədov iqlim dəyişmələri və onun Azərbaycanda spesifik xüsusiyyətləri, habelə karbon emissiyalarında antropogen faktorların, xüsusilə enerji səmərəliliyinin rolu haqıında məruzə etdi. O qeyd etdi ki, dövlər orqanları ölkə miqyasında bir çox tədbirləri həyata keçirirlər. Lakin enerji istehlakında payı 40-45% olan ev təsərrüfatlarında da bu məsələyə diqqət yetirilməli, enerjinin istifadəsində səmərəliliyə və qənaətə ciddi diqqət yetirilməlidir. Iqlim dəyişmələrinin mitiqasiya tədbirləri kimi enerji sektorunda günəş və külək enerjisindən istifadə, sənayedə azkarbonlu texnologiyaların tətbiqi, meşələrin genişləndirilməsi və su hövzələrinin təmiz saxlanılması kimi tədbirlərin əhəmiyyətindən danışdı. Layihə çərçivəsində nəşr olunmuş “İqlim dəyişmələrinin yumşaldılması və Alternativ energetika” kitabçasının qısa məzmunundan bəhs etdi. Alim iqlim dəyişmələri üzrə ötən il Bakıda keçirilmiş COP-29 görüşünün nəticələri, alternativ enerjiyə keçidlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib.

Sonda  Şəki rayon ictimaiyyətinin nümayəndələri rayonda bu sahədə mövcud olan problemlərdən və onların həlli yollarından bəhs etdilər. Ekoloji təhsilin və tərbiyənin bu məsələnin həllində rolu qeyd olundu.

 

Tədbirin sonunda məruzəçilər seminar iştirakçıları olan müxtəlif sektorları təmsil edən nümayəndələrin çıxışlarını dinlədilər və suallarını cavablandırıb.

 

Press-reliz  2

“Ruzgar” Ekoloji İctimai Birliyinin  “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” üzrə Zaqatala   rayonunda 2025-ci il avqustun  26-da təşkil etdiyi Dəyirmi Masanın

                                            PRESS-relizi

“Zaqatala” qəzetinin redaksiyasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və “Ruzgar” Ekoloji İctimai Birliyi tərəfindən yerinə yetirilən “İqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” layihəsi üzrə Dəyirmi Masa təşkil olunmuşdur. Dəyirmi masada alimlər, yerli icra orqanları, bələdiyyələr , QHT, fermerlər, pedaqoji kollektivlər, kütləvi-informasiya vasitələri və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər.

Dəyirmi masada İctimai Birliyin sədri Professor İslam Mustafayev, “Konstitusiya və Suverenlik ili” ilə bağlı məlumat verdi, Konstutusiyanın 39-cu və 78-ci maddələrində vətəndaşların Ətraf mühitin qorunması üzrə hüquq və vəzifələrini sadaladı, Milli Ekoloji qanunvericiliyin inkişafı və bu qanunvericilikdə iqlim dəyişmələrinə, Ekoloji tərbiyəyə və Ekoloji informasiyaya aid müddəalar haqqında məlumatlar verdi. O, İqlim dəyişmələrinin səbəbləri, ayrı-ayrı sektorlardan atılan tullantıların bu prosesdə rolunu  qeyd etdi. Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Nurməmməd Məmmədov iqlim dəyişmələri və onun Azərbaycanda spesifik xüsusiyyətləri, habelə karbon emissiyalarında antropogen faktorların, xüsusilə enerji səmərəliliyinin rolu haqıında məruzə etdi. O qeyd etdi ki, dövlər orqanları ölkə miqyasında bir çox tədbirləri həyata keçirirlər. Lakin enerji istehlakında payı 40-45% olan ev təsərrüfatlarında da bu məsələyə diqqət yetirilməli, enerjinin istifadəsində səmərəliliyə və qənaətə ciddi diqqət yetirilməlidir. Iqlim dəyişmələrinin mitiqasiya tədbirləri kimi enerji sektorunda günəş və külək enerjisindən istifadə, sənayedə azkarbonlu texnologiyaların tətbiqi, meşələrin genişləndirilməsi və su hövzələrinin təmiz saxlanılması kimi tədbirlərin əhəmiyyətindən danışdı. Layihə çərçivəsində nəşr olunmuş “İqlim dəyişmələrinin yumşaldılması və Alternativ energetika” kitabçasının qısa məzmunundan bəhs etdi. Alim iqlim dəyişmələri üzrə ötən il Bakıda keçirilmiş COP-29 görüşünün nəticələri, alternativ enerjiyə keçidlə bağlı ölkədəki vəziyyət barədə məlumat verib.

Sonda  Zaqatala rayon ictimaiyyətinin nümayəndələri rayonda bu sahədə mövcud olan problemlərdən və onların həlli yollarından bəhs etdilər. Ekoloji təhsilin və tərbiyənin bu məsələnin həllində rolu qeyd olundu.

 

Tədbirin sonunda məruzəçilər seminar iştirakçıları olan müxtəlif sektorları təmsil edən nümayəndələrin çıxışlarını dinlədilər və suallarını cavablandırıb.

 

 

Press-reliz  3.

“Ruzgar” Ekoloji İctimai Birliyinin  “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” üzrə İsmayıllı rayonunda 2025-ci il Sentyabrın 04-də təşkil etdiyi Dəyirmi Masanın

 

                                            PRESS-relizi

İsmayıllı rayonunun “ Uşaq və ailə” evində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və “Ruzgar” Ekoloji İctimai Birliyi tərəfindən yerinə yetirilən “İqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” layihəsi üzrə Dəyirmi Masa təşkil olunmuşdur.

Dəyirmi masada İctimai Birliyin sədri Professor İslam Mustafayev, “Konstitusiya və Suverenlik ili” ilə bağlı məlumat verdi, Milli Ekoloji qanunvericiliyin inkişafı və bu qanunvericilikdə iqlim dəyişmələrinə, Ekoloji tərbiyəyə və Ekoloji informasiyaya aid müddəaları sadaladı. Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov iqlim dəyişmələrinin mitiqasiya tədbiri kimi “Alternativ enerji mənbələrindən istifadənin iqlim dəyişmələri ilə mübarizədə rolu” adlı təqdimatla çıxış etmişdir. Alim iqlim dəyişmələrinə səbəb olan amillər, istixana effekti yaradan qazların emissiyası, ötən il Bakıda keçirilmiş COP-29 görüşünün nəticələri, alternativ enerjiyə keçidlə bağlı ölkədəki son vəziyyət barədə məlumat verib.

6 saylı Regional Ekolologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Neman Kərimov regionun ekoloji problemləri və onların həll olunmasında əhalinin rolunun artırılmasının vacibliyindən bəhs etdi.

Sonda “Uşaq və Ailə” təşkilatının rəhbəri İqlim dəyişmələri mövzusunda cəmiyyətin həssas təbəqəsi olan uşaqların və qadınların maarifləndirilməsinin vacibliyindən danışdı.

 

Təqdimatın sonunda məruzəçilər seminar iştirakçıları olan müxtəlif dövlət strukturlarınun təmsilçilərinin suallarını cavablandırıb.

 

 

 

Press-reliz  4.

“Ruzgar” Ekoloji İctimai Birliyinin  “Azərbaycanda iqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” üzrə Qax  rayonunda 2025-ci il Sentyabrın 24-də təşkil etdiyi Dəyirmi Masanın

 

                                            PRESS-relizi

Qax rayonun Mərkəzi kitabxanasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və “Ruzgar” Ekoloji İctimai Birliyi tərəfindən yerinə yetirilən “İqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirlərinə dair maarifləndirmə” layihəsi üzrə Dəyirmi Masa təşkil olunmuşdur.

Dəyirmi masada İctimai Birliyin sədri Professor İslam Mustafayev, “Konstitusiya və Suverenlik ili” ilə bağlı məlumat verdi, Milli Ekoloji qanunvericiliyin inkişafı və bu qanunvericilikdə iqlim dəyişmələrinə, Ekoloji tərbiyəyə və Ekoloji informasiyaya aid müddəaları sadaladı. İqlim dəyişmələrinin səbəbləri, ayrı-ayrı sektorlardan atılan tullantıların bu prosesdə rolu qeyd olundu. Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru Hökmən Mahmudov iqlim dəyişmələri və onun Azərbaycanda spesifik xüsusiyyətləri, habelə karbon emissiyalarında antropogen faktorların rolu haqıında məruzə etdi. Iqlim dəyişmələrinin mitiqasiya tədbirləri kimi enerji sektorunda günəş və külək enerjisindən istifadə, sənayedə azkarbonlu texnologiyaların tətbiqi, meşələrin genişləndirilməsi və su hövzələrinin təmiz saxlanılması kimi tədbirlərin əhəmiyyətindən danışdı. Layihə çərçivəsində nəşr olunmuş “İqlim dəyişmələrinin yumşaldılması və Alternativ energetika” kitabçasının qısa məzmunundan bəhs etdi. Alim iqlim dəyişmələrinə səbəb olan amillər, istixana effekti yaradan qazların emissiyası, ötən il Bakıda keçirilmiş COP-29 görüşünün nəticələri, alternativ enerjiyə keçidlə bağlı ölkədəki son vəziyyət barədə məlumat verib.

Sonda  Qax rayon ictimaiyyətinin nümayəndələri rayonda bu sahədə mövcud olan problemlərdən və onların həlli yollarından bəhs etdilər. Ekoloji təhsilin və tərbiyənin bu məsələnin həllində rolu qeyd olundu.

 

Tədbirin sonunda məruzəçilər seminar iştirakçıları olan müxtəlif dövlət strukturlarınun təmsilçilərinin suallarını cavablandırıb.

 

 

 

 

 

Kitabça nəşri haqqında Press-reliz № 5

 

İqlim dəyişmələrinə aid kitabça nəşr olunmuşdur

Azərbaycan Respublikası  QHT-ə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “İqlim dəyişmələri üzrə mitiqasiya və adaptasiya tədbirləri” Layihəsi çərçivəsində “Ruzgar” Ekoloji İctimai Birliyi kitabça dərc etdirmişdir. “İqlim dəyişmələrinin yumşaldılması və alternativ energetika” adlı kitabçada qlobal iqlim dəyişmələri, tendensiyalar, Azərbaycan ərazisində spesifik xüsusiyyətlər, iqlim dəyişmələrinin təsiri altında baş verən təbii hadisələr, habelə onların insanların sosial –iqtisadi vəziyyətinə və ətraf mühitə təsiri haqqında  məlumatlar verilir. Ölkəmizin İsmayıllı, Şəki, Zaqatala,Qax və digər rayonlarında iqlim dəyişmələrinin təsiri altında baş verən təbii hadisələr və onlara qarşı mübarizə yolları işıqlandırılmışdır. İqlim dəyişmələrinin mitiqasiya tədbiri kimi karbon emissiyalarının azaldılması tədbirindən, bu barədə ölkəmizin İqlim dəyişmələri üzrə BMT Konvensiyası, Paris Anlaşması və digər Beynəlxalq sənədlər  üzrə öz üzərinə götürdüyü öhdəliklər işıqlandırılmışdır. İqlim dəyişmələrinə aid mitiqasiya tədbiri kimi energetika sektorunda,xüsusilə ev təsərrüfatlarında günəş və külək enerjisindən istifadə yollarından bəhs edilir.

  İqlim dəyişmələri barədə COP29 tədbirinin nəticələri, “İqlim fəaliyyəti  həftəsi” haqqında məlumatlar da kitabçaya daxil edilmişdir.

Maarifləndirmə məqsədilə hazırlanmış kitabça kütləvi tirajla nəşr olunmuş “Ruzgar” Ekoloji İctimai Birliyinin tədbirlərində iştirakçılara paylanacaq, kitabxanalara veriləcəkdir

 

 

 

 

 

 

 

 

Press-reliz 6.

Dünya TV-də  İqlim dəyişmələri haqqında veriliş

 

Dünya TV-də  “İqlim dəyişmələri, təzahürlər, Azərbaycanda xüsusiyyətləri, mitiqasiya tədbirləri” adlı veriliş efirə getmişdir. Könül Həbibqızının aparıcılığı ilə efirə çıxarılan verilişdı ekspertlər –Professor  İslam Mustafayev,

Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov və elmi işçi Hafizə İmanova  iştirak etmişlər. Veriliş İqlim dəyişmələri,  onun təbii və antropogen səbəbləri, mitiqasiya və adaptasiya tədbirləri haqqında məlumatlardan başlamışdır. Sonra Beynəlxalq Konvensiya, Paris Anlaşması və digər Sənədlər ekspertlər tərəfindən şərh olunmuşdur.

Verilişdə mərkəzi yeri COP29-un nəticələri və bunun Azərbaycanda həyata keçirilən Layihələrə təsirindən bəhs olunmuşdur. Göstərilmişdir ki, Azərbaycanda həyata keçirilən alternativ enerji layihələrinin tətbiqi nəticəsində milyonlarla ton karbon emissiyaları azaldılacaqdır.

Ev təsərrüfatlarında kiçik enerjitutumlu Günəş və Külək enerjilərinin istifadəsi ilə həm karbon emissiyalarını azaltmaq, həm də üzvi yanacağa qənaət etmət yollarından bəhs edilib. Bu metodları tətbiq etməklə fermer təsərrüfatlarında həm sosial şəraiti yaxşılaşdırmaq, həm karbon emissiyalarını azaltmaq, həm də əlçatmaz ərazilərdə kiçik enrji ehtiyaclarını alternativ enerji mənbələri ilə ödəmək mümkün olacaqdır.

Sentyabrın sonunda keçiriləcək “İqlim fəaliyyəti həftəsinə” hazırlıq işlərindən bəhs edilmişdir

 

 

 

 

 

 

 

 

 

 

 

Layihənin yerinə yetirilməsi haqqında

             Ümumi Press-reliz 6.

İQLİM DƏYİŞMƏLƏRİNƏ AİD TƏDBİRLƏR KEÇİRİLMİŞDİR

 

İqlim dəyişmələrinin yumşaldılması, onun təsirlərinin azaldılması və adaptasiya tədbirləri üzrə “Ruzgar” Ekoloji İctimai Birliyi Respublikanın müxtəlif rayonlarında və Bakıda Dəyirmi Masalar keçirmiş və Dünya Televiziyasında veriliş təşkil etmişdir. İqlim dəyişmələrindən ən çox təsirə məruz qalan Şəki, Qax, Zaqatala və İsmayıllı rayonlarında keçirilmiş Dəyirmi masalarda rayon ictimaiyyətlərinin və bu təsirə birbaşa məruz qalan maraqlı tərəflərin nümayəndələri  iştirak etmişlər. Dəyirmi Masalarda Professor İslam Mustafayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Nurməmməd Məmmədov, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Laboratoriya rəhbəri, dosent Hökmən Mahmudov Coğrafiya İnstitutunun aparıcı elmi işçisi , coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov, Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Hafizə İmanova məruzələr etmişlər. Bu məruzələrdə “Konstitusiya və Suverenlik ili” ilə bağlı məlumatlar verilmiş, Konstutusiyanın 39-cu və 78-ci maddələrində vətəndaşların Ətraf mühitin qorunması üzrə hüquq və vəzifələri sadalanmış, Milli Ekoloji qanunvericiliyin inkişafı və bu qanunvericilikdə iqlim dəyişmələrinə, Ekoloji tərbiyəyə və Ekoloji informasiyaya aid müddəalar haqqında məlumatlar verilmişdir. İqlim dəyişmələrinin səbəbləri, onun Azərbaycanda təzahürləri  ayrı-ayrı sektorlardan atılan tullantıların bu prosesdə rolu  qeyd ediimişdir. Karbon emissiyalarında antropogen faktorların, xüsusilə enerji səmərəliliyinin rolu haqıında müzakirələr olmuşdur. Qeyd edilmişdir  ki, dövlər orqanları ölkə miqyasında bir çox tədbirlər, xüsusilə karbon emissiyalarının azaldılması üçün alterenativ enerji növlərinin istifadəsi sahəsidə böyük Layihələr həyata keçirirlər. Lakin enerji istehlakında payı 40-45% olan ev təsərrüfatlarında da bu məsələyə diqqət yetirilməli, enerjinin istifadəsində səmərəliliyə və qənaətə ciddi diqqət verilməlidir ki, bu problemin həllində əhalinin maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Iqlim dəyişmələrinin mitiqasiya tədbirləri kimi enerji sektorunda günəş və külək enerjisindən istifadə, sənayedə azkarbonlu texnologiyaların tətbiqi, meşələrin genişləndirilməsi və su hövzələrinin təmiz saxlanılması kimi tədbirlərin əhəmiyyətindən bəhs edilmişdir. Azərbaycan Respublikası  QHT-ə Dövlət  Dəstəyi Agentliyinin maliyyələşdirdiyi bu  Layihə çərçivəsində nəşr olunmuş “İqlim dəyişmələrinin yumşaldılması və Alternativ energetika” kitabçasının qısa məzmunu haqqında məlumat verilmişdir.

İqlim dəyişmələri üzrə Bakıda keçirilmiş COP-29 sessiyasının və “İqlim fəaliyyəti həftəsi”nin nəticələrinin Əhalinin maarifləndirilməsində böyük rolu olduğu qeyd edilmişdir.

Yerli iştirakçılar ölkədə və bölgələrdə bu sahədə mövcud olan problemlərdən və onların həlli yollarından bəhs etdilər. Ekoloji təhsilin və tərbiyənin bu məsələnin həllində həlledici rolu qeyd olundu.

Tədblərdə məruzəçilər Dəyirmi masa iştirakçıları olan müxtəlif sektorları təmsil edən nümayəndələrin çıxışları dinlənilmiş və suallarını cavablandırılmışdır